Əlaqə Arxiv
news Image
2013.04.11
18:26
| A A A
Oğurlanmış tablo məşhur futbolçunun evində tapılıb
Movqe.az xəbər verir ki, məşhur Fransız rəssam Mark Çaqalın oğurlanan "Le nu au Bouquet" adlı tablosu keçmiş İtalyan milli futbolçu Roberto Betteqanın evində tapılıb. 1920-ci ildə hazırlanan tablo, 2002-ci ildə şəkil kolleksiyaçısı Edvard Kantorun yaxtasından oğurlanmışdı. 2012-ci ildə Edvard Kantor yaxtasını təmir üçün Savona Limanı tərsanəsinə qoymuş və əsər orada oğurlanmışdı. Tablo i əvvəllər məşhur olan Juventusun tanınmış futbolçusu Betteqanın evində tapılıb. Betteqa tablonu Boloqnadakı bir şəkil qalereyasında 1 milyon 200 min Avroya satın aldığını bildirərək, "Mən də qalereya sahibindən şikayətçiyəm" deyib. Cədvəl Edvard Kantorun oğlu Maykla geri qaytarılacaq.


Sizin Reklam Yeriniz