news Image
2013.04.11
17:28
| A A A
Bəşər övladının gələcəyi ilə bağlı xəbərdarlıq!

Movqe.az xəbər verir ki, həyatını kainatın sirrini açmağa həsr edən məşhur İngilis astrofiziki Stefen Havkingq bəşər övladının gələcəyi üçün kosmos tədqiqatlarının davam etdirilməsi lazım olduğunu bildirib. Los Ancelesdəki Cedars-Sinai Tibb Mərkəzində yerləşən bir kök hüceyrə laboratoriyasını ziyarət edən 71 yaşlı Havkinq, yaşayacaq yeni bir planet tapa bilinməməsi vəziyyətində insan irqinin min il sonra mövcud olmasının mümkün ola bilməyəcəyini iddia edib. Kainatın mənbələri və qara dəliklərlə əlaqədar kitabları dünya səviyyəsində tanınan Havkingq "əgər kainatın necə işlədiyini anlaya bilsək onda ona nəzarət etməyin də bir yolunu tapa bilərik" deyə bildirib. Xəstəliyiylə əlaqədar suala isə Havkinq, "həyat nə qədər çətin görünsə görünsün, hər zaman edə biləcəyiniz bir şey var" ifadəsini işlədib. Kembric Universitetində şagirdkən tutulduğu motoneyron xəstəliyi Amyotrofik Lateral Skleroz (ALS) səbəbiylə hərəkət edə  və danışa bilməyən  Havkinq  ünsiyyət qura bilmək üçün üçün kompüter texnologiyalarından faydalanır. 

Xatırladaq ki, Onun "Zamanın Qısa Tarixi" adlı kitabı, dünya daxilində 10 milyondan çox satmışdı.