news Image
2013.04.15
16:21
| A A A
Ağ evin qapıları xalqa açıq elan edilib
Movqe.az xəbər verir ki, Ağ Ev şənbə və bazar günləri səhər saat 9 və günorta saat 3 arası ziyarətçilərə açıq elan edilib.  Fotoçəkilişin sərbəst olduğu turda Amerikalılar heç bir anı qaçırmamaq üçün mümkün olduqca çox fotoşəkil çəkməyə çalışıb. Ziyarətçilər xüsusilə Ağ Evin tərəvəz bağçasına böyük maraq göstərib. Bağçada kartof, soğan, kahı, sarımsaq, brokoli kimi hər cür tərəvəz yetişdirilir. Ağ Evdəki yeməklərin bir qisimi də burada yetişdirilən tərəvəzlərlə bişirilir. Yaz BağçaTuru 1972-ci ildə ABŞ-ın 37-ci Prezidenti Riçhard Nixon və həyat yoldaşı Pat Nixonun Ağ Evin qapılarını xalqa açıq elan etməsindən bu yana hər il davamlı olaraq reallaşır.