news Image
2013.04.17
16:45
| A A A
100 min sərnişin yola düşə bilməyib

ABŞ-ın ən böyük hava yolu şirkətlərindən "America Airlines"in kompüter sistemindəki səhv 100 min sərnişinin qapalı qalmasına səbəb olub. Movqe.Az-ın məlumatına görə, şirkət, kompüterlərindəki problemin Boston hücumuyla əlaqəli olmadığını açıqlayıb. Sərnişinlər biletləri olmasına baxmayaraq yola düşə bilməyiblə. Şirkətin kompüter sistemindəki bir səhv ABŞ-da hava limanlarında xaosa səbəb olub. Sistem qəzasından sonra yalnız havada olan təyyarələrin enişinə icazə verilib. Bazar ertəsi günündən çərşənbə axşamı günorta saatlarına qədər heç bir təyyarə qalxa bilməyib. 700 səfər ləğv edilib, 800 səfər də gec reallaşıb. ABŞ Federal Havaçılıq heyəti, kompüter sistemindəki səhv düzələnə qədər, "America Airlines"ın heç bir təyyarəsinin durmasına icazə verməyib. Amerikanın "CBS" televiziyasına dünən müsahibə verən "American Airlines" spikeri, "Bu gün səfərlərimiz normala çevriləcək. Ləğv edilən səfərlər yerinə isə çox az sayda əlavə səfər yerləşdirə bilərik" deyib. Spiker, kompüter sistemindəki qəzanın Bostondakı hücumla əlaqəsi olmadığını da söyləyib. "American Airlines", hava limanlarında uzun müddət qapalı qalan sərnişinləri üçün pulsuz yerləşmə xidməti təşkil edib.