Əlaqə Arxiv
news Image
2012.05.01
12:48
| A A A
“Microsoft” elektron kitabların satışı üzrə şirkət yaradır

Movqe.az xəbər verir ki, Amerikanın aparıcı proqram təminatçısı olan "Microsoft" korporasiyası ABŞ-da böyük pərakəndə kitab şəbəkəsi olan "Barnes&Noble" ilə birgə elektron kitabların satışı ilə məşğul olacaq şirkət yaradırlar. Bu barədə şirkətlərin birgə yaydığı bəyanatda bildirilib.

Hazırda "Barnes&Noble" şirkətinin Amerikanın rəqəmli kitab bazarındakı payı təxminən 27 faiz təşkil edir.

Sazişə əsasən, "Microsoft" korporasiyası yeni şirkətə təxminən 300 milyon dollar həcmində sərmayə yatıracaq və onun 17.6 faiz kapitalına hüquq əldə edəcək.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz