news Image
2013.04.19
14:51
| A A A
Bu da qohum evliliklərinin qarşısını alan proqram!

Movqe.az xəbər verir ki, son dövrün ən maraqlı smartfon tətbiqlərindən biri İslandiyada yaradılıb. Əhalisi sadəcə 320 min nəfər civarında olan ölkədə, İslandiyalıların özləri də bilmədən qohumları ilə əlaqə yaşamağına maneə törətmək üçün "ÍslendingaApp" adlı bir Android proqramı hazırlanıb. Proqram ailə münasibətlərini _ müəyyən etmək üçün 2010-cu ildə qurulan Islendingabok adlı internet saytı əsas götürülərək hazırlanıb. Sayt, təşəbbüskar Frid Rik Skúlason və bir genetika laboratoriyasının işləri nəticəsində hazırlanmışdı. Saytın quruluş məqsədində qohum evliliklərinə qarşısını almaq yox idi. Lakin Sad Engineer Studiosdan üç mühəndis tərəfindən inkişaf etdirilən "ÍslendingaApp" ın məqsədi həm İslandiyalıların öz ailə köklərini tanımaları həm də potensial qohum evliliklərinə mane olmaqdır. Belə ki, tətbiqdəki həyəcan siqnalı sayəsində İslandiyalılar qohum əlaqəsinə başlamazdan əvvəl xəbərdar olunurlar. Tətbiqin Androidin "Google Play Store"undaki qiyməti 9 dollar məbləğindədir.