Əlaqə Arxiv
news Image
2018.11.13
20:21
| A A A
Tarixin ən qəddar cadugəri: Cinləri evlərə göndərirdi
Fala inanma, falsız da qalma. Elm və texnikanın ən sürətli dövründə yaşasaq da, hələ də falçıların xoş güzəranını təmin edənlər tapılır. Xüsusən də söhbət sevgidən gedirsə, aşiqlərin etməyəcəkləri heç nə yoxdur. Bəs dünyanın ən qəddar məşhur falçısının kim olduğunu bilirsiniz?

Movqe.az xəbər verir ki, dünyanın ən qəddar falçısı Antioxiyalı Kiprian sayılır.

Kiprianın 7 yaşı olanda valideynləri onu Apollonun məbədində təhsil almağa yollayırlar. Məbəddə təhsilini tamamlayandan sonra Kiprian dünya səyahətinə çıxır. Dünyanın bir çox ölkələrində, xüsusən Hindistanda olur. Buradakı astroloqlardan bir sıra sirri mənimsəyir.

Tarixi mənbələr insansaq, Kiprian fırtına qopara, əkinçilərin məhsullarını quruda, ölüləri çağıra bilirmiş. Hətta bir çoxlarını zəhərləyib, gənc qızları və oğlanları tanrılara qurban verirmiş.

Киприану и Иустине моÐ

 

Bir dəfə falçı Kiprianın yanına Aqlaid adlı zəngin, ümidsiz gənc gəlir. İustina adlı sevdiyi qızın məhəbbətinə cavab vermədiyini bildirir. İustina xristian idi və özünü tanrıya həsr edib, monastıra getməyi düşünürdü. İustina qərarını nişanlısı Aqlaidə bildirəndə o çarəsiz qalıb, falçıdan kömək dilənir. Mənbələrə görə Kiprianın İustinanın başına gətirmədiyi bəla qalmır. Dəfələrlə yağış yağdırıb evini yarasız hala salır, qadın cildində cinlər göndərib ərə getməsi üçün inadla təkid etdirirdi. İustina Kiprianın cadularını anlayır və ona yenilmirdi. Sonda bütün şəhər Kiprianın caduları ilə əsl cəhənnəmə çevrilir. Şəhər sakinləri İustinanın evinə hücum çəkib, cadugəri bundan artıq hiddətləndirməməyi tələb edirlər. İustinanın duaları bu dəfə də köməyinə çatır. Nəhayət Kiprian da bəd əməllərindən əl çəkib xristianlığı qəbul edir, yepiskop olub kilsəyə çəkilir.

Hazırda xristianlar hər iki müqəddəsin ikonasına dua edir, məhəbbət rəmzi sayırlar.

Görürsünüzmü, qaranlıq keçmişini din pərdəsi ilə təmizləmək yalnız bizim din xadimlərinə məxsus cəhət deyil.

Publika.az 

Sizin Reklam Yeriniz