news Image
2013.04.23
11:20
| A A A
Həkimlər həftədə 2 dəfədən tez çimməyi düzgün hesab etmirlər

Mütəxəssislər belə hesab edirlər ki, tez-tez  çimmək dərinin turşu-qələvi balansını pozur, bakteriya və göbələklərdən onun təbii qorunmasını əngəlləyir. 


İsrail həkimlərinin fikrincə, maye sabun və gel kimi vasitələrlə yuyunma faydalı deyil. 


İTAR-TASS-ın İsrail həkimi Raheli Lusatiyə istinadən verdiyi məlumata görə, hətta yayda da, həftədə 2 dəfədən çox duş qəbul etmək lazım deyil. 


Mütəxəssisin sözlərinə görə, hər gün müxtəlif sabun vasitələri ilə yuyunmaq insan orqanizmi üçün zərərlidir. Belə ki,  tez-tez  çimmək dərinin turşu-qələvi balansını pozur, bakteriya və göbələklərdən onun təbii qorunmasını əngəlləyir. 


Tərkibində səthi-aktiv maddələrin çox olmasına görə, maye sabun daha ciddi təsirə malikdir. Bundan başqa, maye sabun dəridən daha pis yuyulur. 


Həkim gündəlik gigiyena qaydalarına əməl etmək şərtilə, həftədə 2 dəfə duş qəbul etməyi məsləhət görür.