Əlaqə Arxiv
news Image
2013.04.24
18:10
| A A A
Dünya üçün günəş müdafiə sistemi

Movqe.az xəbər verir ki, Amerika Aviasiya və Kosmos Dairəsi (NASA) dünyanı Günəşin yaydığı zərərli maddələrdən qoruyan və manyetosfer olaraq bilinən nəhəng "sehirli şar" ın fotoşəkilini nümayiş edib. Fotoşəkildə dünyanı əhatə edən manyetosferin sürəti və yaratdığı enerji görülə bilir. "WIND" kosmos tərəfindən göstərilən fotoşəkildə, manyetosfer buludunun yaratdığı partlayışlar da diqqət çəkir. Günəşin zərərli maddələrinin atmosferə daxil olmasına maneə törədən qalxan, zərərli maddələrin çarpmasıyla böyük bir dalğalanma yaranmasına gətirib çıxarır. NASA-ya bağlı Goddard Kosmos Uçuş Mərkəzindən Lynn Uilson manyetosferdəki maqnetik titrəşmələrin zərərli hissəcikləri Yerdən uzaq tutduğunu söyləyb. Uilson bu titrəşmələrin manyetosfer içində qasırğaya gətirib çıxardığını və bunun ünsiyyət peyklərinə belə təsir edə bildiyini qeyd edib.


Sizin Reklam Yeriniz