news Image
2018.12.08
20:40
| A A A
Uşağa qışqırmaq bu xəstəlikləri yaradır - Mütləq oxuyun!
Uşağa qışqırmaq valideyn-övlad münasibətindəki güvənin sarsılmasına səbəb olur.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq. Alimlər hesab edirlər ki, uşağa bərabərhüquqlu biri kimi yanaşmaq lazımdır. Baş verənlərə kiçik yumorla reaksiya verin, həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.

Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır. Əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq.

Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meyilli olurlar.