news Image
2012.05.02
17:06
| A A A
Dünyanın ən kiçik avtomobili yenidən sifariş edilir

Mövqe.az bildirir ki, Dünyanın ən kiçik avtomobili 1960-cı il ilə 1964-cü il arasında çıxarılan "Peel" adlı avtomobildir.

O dövrdə dünyada yalnız 50 ədəd olan avtomobildən hal-hazırda 27 ədəd var.

Üç ingilis sərmayəçisi  bu il avtomobilin oxşarını yenidən çıxarmağı qərarı alıblar. Dünyanın ən kiçik avtomobili üçün bu an internet saytlarından  sifarişlər alınır. Benzinli və elektrikli variantlı olan bu avtomobilin qiyməti də 10 min sterlinq yəni təxminən 12.762 AZNdir. Peel P50 avtomobilinin uzunluğu  134 santimetr və ağırlığı isə 59 kiloqramdır.


Ziba Yusifova

Movqe.az