Əlaqə Arxiv
news Image
2013.04.29
18:22
| A A A
Zukerberqin maaşı təəccübləndirdi

"Facebook"un qurucusu və baş icraçı direktoru Mark Zukerberqin 2013-cü il üçün ümumi maaşını eşidənlər təəccüblənir. Movqe.Az-ın məlumatına görə, Mark Zukerberqin 2013-cü il üçün maaşı cəmi 1 dollar olacaq. Göndərilən sənədlərə görə, 1 yanvar etibarilə Zukerbergin maaşı bu səviyyəyə salınıb. Gənc milyarderə 2012-ci ildə şirkət tərəfindən cəmi 2 milyon dollarlıq ödəmə edilmişdi. Təbii ki, bu rəqəm Zukerberqin hissə satışlarından əldə etdiyi gəliri əhatə etmir. Texnologiya dünyasında 1 dollarlıq maaş modasını ilk olaraq "Apple"ın baş icraçı direktoru Stiv Cobs 1998-ci ildə vəzifəyə gəldiyində başladıb. Sonra isə "Google"ın qurucularından Lerri Peyc və Sergey Brin də maaşlarını 1 dollara düşürdüklerini açıqlayıb.

Sizin Reklam Yeriniz