news Image
2019.03.14
20:00
| A A A
Gürcüstan da "Boeing 737 Max"ların ölkənin hava məkanında uçuşunu qadağan etdi?
Gürcüstan ümumiyyətlə hava məkanında "Boeing 737 Max" təyyarələrinin uçuşunu qadağan edib.

Movqe.az Trend-ə istinadən bildirir ki, belə bir qərarı respublikanın Mülki Aviasiya Agentliyi Efiopiyada bu tip təyyarənin qəzaya uğramasından sonra qəbul edib.

Qeyd edək ki, Gürcüstanla yanaşı Türkiyə, Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.

money.az currency