Əlaqə Arxiv
news Image
2019.04.17
21:07
| A A A
Arvadı gözəllik yarışmasına qatılan rahib sürgün edildi

Rusiyanın Ural bölgəsindəki bir rahibin həyat yoldaşı gözəllik yarışmasına qatılıb. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, buna görə rahibə cəza veriblər. Onun kəndlərdən birinə sürgün edilməsinə qərar verilib. 

Gözəllik salonu işlədən Oksana Zotovanın yarışmada mükafat qazanması hər kəs tərəfindən tənqid edilib. İlk olaraq rahib Sergey Zotovun işinə son qoyulub. O, bundan sonra çox uzaq bir yerdə, yalnız 4 min insanın yaşadığı yerdə məsləyini davam etdirə biləcək. Baş rahib Zotovun arvadının ağlını başına yığmasını, bu işdən əl çəkənə qədər ərinə ziyan vuracağını söyləyib. 

O, "Öz ailəsini idarə edə bilmirsə, necə rahib ola bilər? Camaatı necə idarə edəcək7" sözlərini deyib. Eyni zamanda Zotovanın bir dənizkənarı tətil yerindən bikinili fotolar yayımlaması biabırçılıq kimi qiymətləndirilib. Rahib kəndə sürgün edilməsini haqlı cəza saydığını deyib.

Sizin Reklam Yeriniz