Əlaqə Arxiv
news Image
2019.05.22
19:07
| A A A
Bədəndə çox sayda xal olması nəyin əlamətidir - DİQQƏT

Bədəndə xalların sayı 50-dən çoxdursa, xərçəng əlaməti ola bilər. 

Movqe.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, xallar və çillərin çox olması dəri xərçənginin xəbərçisi ola bilər.

Dəri xərçəngi bir çox səbəbdən dəridə yaranan bədxassəli şişdir. Dəri xərçəngi özünü daha çox ultrabənövşəyi şüaların vurduğu nöqtələrdə göstərə bilər. Bu, adətən üz, sinə, qollar və əllərdə özünü göstərir.

Dəri xərçəngi dəridə piqment dəyişikliyi, keçməyən və bağlanmayan yaralar, dəridə qanaxma və qan sızıntısı, qaşınma, ağrı, dəridə həssaslıq, sürətlə artan xal sayı ilə özünü biruzə edir.

Dəri xərçənginə radiasiyaya məruz qalmaq, dəridə çox sayda xal, anadangəlmə xallar, uzun müddət solyariyə getmək, müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilən şüalara məruz qalmaq, ailədə dəri xərçəngi olan şəxslərin olması səbəb ola bilər.

Dəri xərçənginin müalicəsi xərçəngli hüceyrədən tamamilə qurtulmağa hədəflənir. Cərrahi üsullar müalicənin tək yolu deyil. Belə ki, xəstələr radioterapiya və kimya terapiyası ilə müalicə edilə bilər.

Sizin Reklam Yeriniz