news Image
2019.05.24
18:30
| A A A
Qucağında hörümçək görən qadın özünü avtomobildən atdı, maşın suya düşdü - FOTO

ABŞ-da maraqlı hadisə baş verib.

Movqe.az Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatında yaşayan adı açıqlanmayan qadın qeyri-adi formada qəza törədib.

Belə ki, çay kənarında avtomobil sürərkən qucağında hörümçək gəzdiyini görən qadın özünü avtomobildən suya atıb.

Atlanta Journal Constitution-un yazdığına görə o, maşını saxlamaq əvəzinə həyəcanlanaraq avtomobil hərəkətdəykən özünü çölə atıb. İdarəetməsi itən avtomobil İtova çayına düşüb.

Qadın xilas olsa da, avtomobil çayda batıb.