Əlaqə Arxiv
news Image
2019.07.03
20:24
| A A A
Antibakterial sabun və diş məcunları sümükləri əridir – Alimlər zərərli maddənin təsirini açıqladı

Triklozan adlı kimyəvi birləşmə endokrin sistemi pozur, sümüklərin keyfiyyətini azaldır və sümük əriməsi - osteoporozu sürətləndirir. Bu maddə isə antibakterial sabunlarda, diş məcunlarında, əlləri dezinfeksiyaedici məhlulda, ağız yaxalayıcıları və bir çox müasir gigiyana vasitələrinin tərkibində olur.

Movqe.az medicina.az-a istinadən bildirir ki, Yaponiya tibb kollecinin alimləri və Sağlamlıq cəmiyyəti heyvanlar üzərində apardıqları hüceyrə səviyyəsində tədqiqatların nəticəsində sübut ediblər ki, triklozan sümüklərin mineral sıxlığına zərər edir. 1848 qadının tibbi məlumatları araşdırılaraq bu nəticəyə gəlinib ki, sidik analizində çox miqdarda triklozan aşkarlanan qadınlarda sümüklərdə problemlər olub. Bu qadınlar çox miqdarda antibakterial sabunlar, gellər,yuyucu vasitələr, gigiyenik məhsullar və diş məcunları istifadə edirdilər.

Alimlər triklozan maddəsinin kişilərdə cinsi zəiflik və sonsuzluq yaratdığını da bildirir.

Sizin Reklam Yeriniz