Əlaqə Arxiv
news Image
2019.07.11
09:00
| A A A
Mətbəx dəsmalları sən demə, mikrob yuvası imiş
Hər gün əlimizin altında olan mətbəxt dəsmallarının mikrob mənbəyi olduğunu bilirdinizmi? Movqe.az medicina.az-a istinadən bildirir ki, aparılan araşdırmalar qorxunc nəticələr ortaya çıxarıb. Mütəxəssislərə görə, əslində dəsmallar yaxşı yuyulmur. Hətta vaxtında bu addım atılmır. Buna görə də əsl mikrob yuvası olur. İnfeksiyalara səbəb olan bakteriyalar Mətbəxt dəsmallarınızı yumaq, təmiz saxlamaq mövzusunda həssas olmalısınız. Belə ki, potensial qida zəhərlənməsinə səbəb olan mikrobların yaşaması üçün əlverişli yerdir. Hətta ən dəhşətli, ölümcül coli virusuna səbəb olan bakteriyaların çoxalmasına və yaşamasına şərait yaradır. Dəsmallar yaxşı yuyulmadıqda və nəmli qaldıqda, ətə təmas edən kimi təhlükəli patogen mikroorqanizmlərin yaranmasına səbəb olur. Araşdırma zamanı təqdim olunan 100 dəsmalda Qızılı stafilokok və coli də daxil olmaqla bir çox təhlükəli mikroblar aşkarlanıb. Beləliklə, mətbəx dəsmallarının 1/5-nin mikrob yuvası olduğu açıqlanıb. Dəsmalların hər zaman təmiz olmasına və nəm qalmamasına diqqət etmək lazımdır. Azca nəmişlik mikroblar üçün əsl münbit şərait ola bilir. Dəsmalları 2-3 gündən bir 60 dərəcədə yuyun. Paltaryuyanın yumuşaldıcı bölməsinə sirkə atsanız, daha təsirli təmizlik əldə etmiş olacaqsınız.
Sizin Reklam Yeriniz