Əlaqə Arxiv
news Image
2019.08.10
20:10
| A A A
İnfarkt riskini 11-32% azaldır, iltihaba qarşı mübarizə aparır - QIRMIZI KƏLƏM MÖCÜZƏSİ

Qırmızı kələm sağlamlığımız üçün olduqca faydalıdır. Bəs bədən müqavimətini artırdığını bilirdinizmi? Bu tərəvəzin xeyirlərini saymaqla bitmir.
Movqe.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər gündə bir boşqab qırmızı kələmi süfrənizdən əksik etməməyi tövsiyə edir.
Güclü antioksidləşdirici xüsusiyyəti ilə hüceyrələri zədələrdən qoruyur. Sözü gedən tərəvəz C vitamini anbarıdır. Qırmızı kələm demək olar ki, tam bir vitamin kompleksidir. Kələm A, B, E,  və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də  olduqca zəngindir. Həmçinin,  qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar. Qırmızı  kələmin şirəsi  daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır.
 
 
 Eyni zamanda bənövşəyi rəng kimi antosiyaninlə zəngindir. Antosiyanin- güclü antioksidant xüsusiyyətləri olan təbii rənglərdən əmələ gəlir. Bu rəng qrupunun ən vacib xüsusiyyətləri bunlardır:
 
 
•    qan təzyiqinin azaldılması
•    diabetin qarşısının alınması
•    azad radikalların tutulması
•    Parkinson, Altshaymer və çoxsaylı skleroz xəstəliklərinin qarşısının alınması
•    görmənin inkişafı
 
 
Bənövşəyi qida antioksidantlarla zəngindir. Hüceyrələri yaxşı vəziyyətdə saxlamaq üçün onları yaxşı qidalandırmaq və oksigenləşdirmək vacibdir. Azad radikallar hücum edə bilir və hüceyrələri zədələyir, zədəli membranlar isə metabolizmi tamamlaya bilmir. Antioksidantlar birbaşa azad radikalları bədənimizdən təmizləyərək, hüceyrələrin sağlam olmasını və bunun nəticəsində orqanların yaxşı vəziyyətdə qalmasını təmin edirlər. Antosiyaninin (tərəvəzlərə bənövşəyi rəngi verən maddə) iltihaba qarşı effektlidir, trombositlərin yığılmasını əngəlləyir və qan kapilyarlarını qüvvətləndirir.
 
Onlar gözlərin qorunmasında da çox qiymətlidir. Son tədqiqatlar göstərir ki, bənövşəyi meyvə və tərəvəzlərin yeyilməsi Altshaymer, Parkinson və çoxsaylı skleroz xəstəliklərinə qarşı müsbət rol oynayır. Həmçinin xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldan, karotenoid adlı mürəkkəb maddə də var. Bənövşəyi kələm kükürd tərkiblidir. Bu komponent sızanaqlarla mübarizə aparır. Bədəndə iltihaba qarşı sədd rolunu oynayır. Ona görə də həm yeyə, həm də  iltihablı nahiyəyə tətbiq edə bilərsiniz.
 
Baş ağrısını kəsən ən yaxşı vasitədir. Qırmızı kələmin yarpağını başınıza qoyub, şiddətli ağrılardan xilas ola bilərsiniz. Ürək tutma riskini minimuma endirir. Buna təsir edən, antosiyanin maddəsidir. Bəhs edilən maddə olan qidaların müntəzəm istehlak edilməsi infarkt riskini 11-32% azalda bilər. Baş ağrısı birdir. Başınızı bənövşəyi kələmin yarpağı ilə sıxaraq ağrıdan qurtula bilərsiniz. Damar sağlamlığını qorumağa da kömək edir. Daimi istehlak qan axını asanlaşdırır.

 

Sizin Reklam Yeriniz