Əlaqə Arxiv
news Image
2019.08.25
11:20
| A A A
Ayı deputatın 12 atını parçaladı
Ayı Dövlət Dumasının deputatının 12 atını öldürdü. Movqe.az ölkə.az-a istinadən bildirir ki, Moskvanın Tver vilayətindən olan Dövlət Dumasının deputatı Serqey Veremeyenko bir ayının Kaşin rayonundakı at fermasına girərək 12 atını parçaladığını söyləyib. O, İnstagramda atların cəsədləri ilə videogörüntülər yayımlayıb. İyul ayında Veremeyenko "hakimiyyət və pul" Forbes reytinqinə daxil olub, burada 100 ən zəngin dövlət məmuru və Rusiyanın deputatları təmsil olunub. Veremeyenko 492,3 milyard rubl illik gəliri elan edib. O, reytinqdə 27-ci yerdə qərarlaşıb. "Tver vilayətinin meşələrində ayılar insanların qarşısına çıxır. Onlar getdikcə çoxalır, bu ayı at fermasının yanında peyda olub. Ehtiyatlı olun", - deyə millət vəkili deyib. Veremeyenko video qeydlərinə şərhlərdə ayıların insanlardan qorxmadığını yazıb. Onun sözlərinə görə, əvvəllər yay ərzində iki at, son bir neçə gün ərzində isə 15 at öldürüblər. Tveriqrad yazır ki, Kaşin rayonunda Atçılıq təsərrüfatı Veremeyenkoya məxsusdur.
Sizin Reklam Yeriniz