Əlaqə Arxiv
news Image
2019.09.07
20:30
| A A A
20 il mikrodalğalı sobadan istifadə nüvə bombası radiasiyası qədər zərərlidir – Yaponlardan “mikrovolnovka” qadağası

3 il bundan öncə Yaponiya bütün mətbəx, evlərdə işlənən mikrodalğalı sobaların, peçlərin utilizasiyasını, yəni xüsusi olaraq yığılıb ayrı bir zonada məhv edilməsi barədə qərar imzaladı.

Bütün təşkilatlar, özəl qurumlar, vətəndaşlardan bu qanun əməl etmək və mikrodalğalı sobalarını təhvil vermək tələb edilirdi. Kim bu qanuna tabe olmasa, 5 ildən 10 ilə kimi həbsə düşə bilərdi.

Movqe.az medicina.az-a istinadən bildirir ki, Yaponiya kimi ölkədə müasir və lazımlı bir cihaz birdən-birə qadağa olunub.

Səbəb Hirosima universitetinin alimlərinin tədqiqatlarının nəticəsi idi. Belə ki, alimlər müəyyən etmişdilər ki, 20 il mikrodalğalı peçləri işlədərkən yayılan radioaktiv dalğalar şəhər əhalisi üçün 1945-ci ildəki nüvə bombası partlayışının zərəri qədərdir.

Bu sobada qızdırılan, bişilən qida insan və kainat bioritmləri ilə uyğun gəlmir, harmoniyanı pozur, çox zərərlidir.

Mikrodalğalı sobanın içində maqnetron trubka var ki, bu qurğu elektrik enerjisini radiomikrodalğaya çevirir. Qida bu dalğaları "udur" və onun molekullar mənfi və müsbət enerji ilə yüklənir.

Xüsusən, mikrodalğalı sobada donmuş ətin və ət yeməklərinin qızdırılması təhlükəlidir.  Ətin qeyri-bərabər qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı  hissəsində bir müddət saxlamaqdır

2021 -ci ildə Cənubi Koreyada da mikrodalğalı soba istehsalı dayandırılacaq, Çİn isə 2023-cü ilə kimi bu məişət texnikasından tamam imtina edəcək.

Kaşiriya onkoloji mərkəzində keçirilən konfransda xərçəngin profilaktikası üçün təklif olunan məsləhətlərin siyahısında mikrodalğalı sobadan imtina da yer alıb.

- Mikrodalğalı sobada plasmas qabda (birdəfəlik qablarda) yemək qızdırmaq qəti olmaz. Çünki plasmas material kimi isinməyə məruz qaldıqda, ondan ayrılan kimyəvi birləşmə, maddə insanda 38 növ xərçəngin yaranmasına səbəb olur.

Qeyd edək ki, pediatrlar körpə uşaqların yeməyinin, çayının və s. mikrodalğalı sobada qızdırılmasını tövsiyyə etmir. Eləcə də həkimlər dərman preparatlarının mətbəxdə mikrodalğalı soba üzərində qoyulmasını qadağan edir, çünki sobadan yayılan dalğalar dərmanın tərkibini pozur.

Sizin Reklam Yeriniz