news Image
2019.09.10
22:00
| A A A
Dabanlarda çatlara qarşı effektiv mübarizə - EVDƏ HAZIRLAYIN

Gözəl görünmək hər kəsin istəyidir. Gözəllik əmək tələb edir. Xoş görünməyiniz üçün  həm daxilən, həm viziual olaraq özünüzə fikir verməlisiniz. Vücudumuzda ən laqeyd yanaşdığımız orqan məhz ayaqlardır. Hansı ki, daha çox diqqət edilməli nahiyəmizdir. Ayaqlarda codlaşma, çatlar və qabığı soyulmuş dəri heçdə xoş olmayan görüntüdür. Milli.Az medicina.az-a istinadən mövzu ilə bağlı evdə hazırlana biləcək asan üsulları təqdim edir.

Ayaqların lazımı qədər hava almaması və yaxud  yetərincə baxım edilmədiyi zaman ayaqlarda problemlər meydana çıxır.

ÇATLAMIŞ AYAQLAR ÜÇÜN 3 TƏBİİ ÜSUL?
 
Evdə hazırlanan kremi sınayın

Bir kasaya 3yemək qaşığı zeytun yağı və pətəkli bal qoyun. yaxşıca qarışdırıb, hər axşam ayağınıza çəkin. Nəticəyə təəccüblənəcəskiniz. Ayaqlarınızdakı çatlar və quruluq yox olacaq. 
 
Yağ çəkməyi sınaqdan keçirin

2 yemək qaşığı badam yağı və bir neçə damcı nane covhəri yaxşıca qarışıdırın. Damcıladan qaba tökün. Bu qarışığı hər axşam ayaqlarınıza çəkib, masaj edə bilərsiniz. 
 
Ayaqlarınızı fırçalamağı yaddan çıxartmayın

Ayaq çatlarına müsbət təsir edən amillərdən biri də pilinqdir. Bunu vərdiş halına salın - tez-tez etsəniz, faydasını göstrəcəksiniz. Bunun üçün limonu ikiyə bölüb, duz batırın. həftədə iki dəfə ayaqlarınızı duzlu limonla ovxalayın və yaxud fırçalayın. Beləliklə həm ölü dəridən xilas olacaqsınız, həm də, ayaq çatlarından qurtulacaqsınız.

money.az currency