Əlaqə Arxiv
news Image
2019.09.26
19:36
| A A A
Alimlər qripə çarə tapdılar

Yel Tibb Məktəbi, Merilend Tibb Universiteti, Texas Universiteti və Florida Universitetinin alimləri ortaq riyazi model sayəsində yaratdıqları qlobal qrip peyvəndi ilə on minlərlə insan həyatını xilas edəcəklərini bildiriblər.

Movqe.az teleqraf.com-a istinadən xəbər verir ki, qrip peyvəndinin təsirini müşahidə etmək istəyən elm adamları xəstəliyin sağalması üçün riyazi model hazırlayıblar.

Bu model müxtəlif statistika haqqında məlumatı özündə əks etdirir. Məsələn, təkcə ABŞ-da hər il on minlərlə insan qrip və qriplə əlaqəli xəstəliklərdən ölür.

ABŞ-dakı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu bu modelin qrip infeksiyalarında əhəmiyyətli bir azalma yaradacağını bildirirlər.

Eyni zamanda, model sayəsində mövcud vaksinlərin 100-də 10-nun universal bir peyvəndi ilə əvəz edildiyi, xəstəliyə tutulanların sayının hər il təxminən 5.3 milyon azalacağı ehtimal olunur. Müalicə xərclərinə diqqət yetirən alimlər peyvənd nəticəsində təxminən 1 milyard dollar qazanc əldə olunacağını iddia ediblər.

Statistik araşdırmaları davam etdirən alimlər qrupu mövcud vaksinlərin qlobal qrip peyvəndi ilə əvəz olunacağı təqdirdə, qripə yoluxmuş insanların sayında 17 milyon azalma baş verəcəyini vurğulayıb.

Bundan başqa, qlobal qrip peyvəndinin təsirinin uzun müddət çəkəcəyi bildirilir.

Sizin Reklam Yeriniz