news Image
2013.06.03
16:53
| A A A
"Grumpy Cat" filmə çəkiləcək

Dünyanın ən məşhur pişiyi "Grumpy Cat" (Deyingən pişik) kompüter ekranından ağ pərdəyə keçir. Movqe.Az-ın məlumatına görə, əsl adı "Tardar Sauce" olan internet məşhuru pişiyinə "xasiyyətsiz", "qəzəbli" deyilməsinin səbəbi üzündəki heç dəyişməyən mimikasıdır. "YouTube" səhifəsində 120 min üzvü olan və 20 milyon dəfə izlənilən pişiyin "Facebook" səhifəsində isə 930 mindən çox pərəstişkarı var. 2013-cü ilin ən müvəffəqiyyətli pişiyi olaraq "Webby" mükafatına layiq görülən "Grumpy Cat"i ağ pərdəyə daşıyacaq prodüser firma isə "Broken Road"dur. Firmadan Todd Qarner, pişiyi "Garfield" kimi bir kino qəhrəmanı halına gətirmə fikirlərini belə izah edib: "Bu, bir pişiyin fotoşəkili ilə başladı, bir komediya ünsürü halına gəldi. Paylaşılanlar və yazılan şərhlərin hər biri digərindən məzəlidir. Bu qəhrəmanın ətrafında böyük bir komediya ailəsi yarada biləcəyimizi düşünürük". Filmdə pişiyi kimin səsləndirəcəyi isə hələ məlum deyil.