Əlaqə Arxiv
news Image
2019.10.23
20:04
| A A A
Bananda olan gizli təhlükə - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Mütəxəssislər üzərində qara nöqtələr olan, həddən artıq yetişmiş bananın yaratdığı təhlükə barədə xəbərdarlıq ediblər.

Mövqe.az xəbər verir ki, onların iddialarına görə, böcəklər yaranmış qara çatlardan meyvəin içinə daxil olub, orada yumurtalarını qoyurlar.

Həkimlərin fikrincə milçəklər banan qabığında əmələ gələn çatlara  nüfuz edərək, orada yumurtlayırlar. Bu zaman bananın görünüşü dəyişmir, buna görə də onu saf meyvədən ayırmaq mümkün olmur. Bunun nəticəsində də meyvəni yeyən insan infeksiyaya yoluxa bilir.

Eyni zamanda, mütəxəssislər bu meyvələrdə çox miqdarda toksin toplandığını və həzmə mənfi təsir göstərdiyini söyləyib. Bundan başqa həddən artıq yetişmiş bananlarda  olan şəkər təzyiqin qalxmasına və miqren tutmasına səbəb ola bilər. (ölkə.az)

Sizin Reklam Yeriniz