news Image
2019.10.26
21:02
| A A A
Bu yağlar insanın ağlını itirməsinə səbəb olur - Araşdırma

Amerika alimləri belə qənaətə gəliblər ki, qanında trans yağlar və süni dadlandırıcı yağlar olan şəxslər alzheymer və kəmağıllığa meylli olurlar.

Mövqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər 10 il müddətində Yaponiyadan olan və yaşı 60-dan yuxarı olan 1628 nəfər üzərində araşdırma aparıb.

Ən "sadiq" xəstəliyə qarşı radikal qərar - reklamı yığışdırılır, vergisi artır

Alimlər təcrübədə təzyiq, şəkər və alzheymer xəstəliyinə səbəb olan faktorları araşdırmaq istəyiblər. Nəticədə isə müəyyən olunub ki, qanında 52-74 faiz transyağ olan şəxslər demensiyaya daha meyllidirlər.

Xatırladaq ki, transyağlar ucuz məhsullarda, fast-food qidalarda və qızarmış yeməklərdə olur. Bundan başqa, bu yağlar qaymaqda, dondurulmuş pizzada və marqarində də var.

Daha əvvəl mütəxəssislər altsheymer xəstəliyinin ilkin əlamətlərini açıqlamışdılar. Onların fikrincə, xəstəlik ilkin mərhələdə özünü lazımlı sözlərin seçilməsi, görmə qabiliyyətinin itirilməsi və qərar verməkdə çətinlik çəkməklə büruzə verir.