news Image
2019.11.05
23:15
| A A A
Payız depresiyasından necə qurtulaq?

Son vaxtlar bəzi insanlarda sanki süstlük müşahidə olunur. Bunun payız depresiyası olmasından xəbərsiz olan insanlar mübarizə aparmaq əvəzinə, daha da ruhdan düşürlər. Bəs payız depressiyasının əlamətləri nələrdir, onunla mübarizəni necə aparmalıyıq?

Axşam.az xəbər verir ki, bu depresiya növünün ümmi əlaməıtləri var: daxili gərginlik, yuxudan erkən oyanmaq və yenidən yata bilməmək, əhvalın pisləşməsi, özünüqiymətləndirmənin aşağı düşməsi, həyata marağın azalması, kədər, əsəbilik, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə, stresli situasiyalara dözümsüzlük, tez özündən çıxma, daxili gərginlik, sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq və sairə".

Payız depressiyasından çıxış yolları

1. Yuxu rejiminizə diqqət edin.

2. İdman edin.

3. Qidalanmanıza diqqət edin.

4. Hisslərinizi sevdiklərinizlə, dostlarınızla, qohumlarınızla bölüşün.

5. Gəzintiyə çıxın, sizi narahat edən mənfi düşüncələrdən uzaqlaşın.

6. Gərgin vəziyyətlərdən uzaq durun.

7.  Açıq havada, oksigenlə zəngin yerlərdə gəzin.

8. Öz-özünüzə müsbət motivasiya verin.

9. Enerjinizi artırmağa çalışın.