Əlaqə Arxiv
news Image
2019.11.11
19:57
| A A A
Nə üçün yod dəriyə məhz bu şəkildə çəkilir?

Güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malik olan yod müxtəlif xəstəlik və pozulmalar zamanı əlavə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Soyuqdəymə, bronxit, oynaq, əzələ ağrıları və s. zamanı yod dəriyə "setka" şəklində çəkilir. Nə üçün yodu məhz bu şəkildə tətbiq edirlər?

Mövqe.az saglamolun.az-a istinadən bildirir ki, bu yodun dəriyə bərabər şəkildə keçməsini təmin edir. Nəticədə də lazım olan müalicəvi effekt əldə olunur.

Yodu dərinin bütün səthinə çəkmək olmaz, bu yanıq və intoksikasiyaya səbəb ola bilər.

Yodu dəriyə qulaq çöpü ilə çəkirlər. Xətlər nazik, kvadratların ölçüləri 1x1 sm olmalıdır.

Sizin Reklam Yeriniz