news Image
2012.05.09
19:58
| A A A
İt xəstə uşağı məktəbə qaytardı
İngtiltərənin Yorkşir şəhərində yaşayan Tessa Qillinq autizm xəstəsi olan oğlu, 14 yaşlı Nikin insanlarla normal ünsiyyət qurması üçün ona "kraliça qorqisi" cinsindən olan köpək almışdı.

Salli adlı köpək Nik ilə o qədər səmimi və mehriban təmaslar qurdu ki, oğlanı məktəbə getməyə vadar etdi.

"The Daily Mail" bildirir ki, autist Nik məktəbdə sinif yoldaşları və məktəbdəki başqa uşaqların tənələri ilə təhqirlərinə məruz qaldığından dərslərə getmək istəmirdi. O, məktəbli formasını bir daha əsla geyinməyəcəyini də demişdi.

Buna görə oğlunu özəl təhsil mərkəzinə aparmaq məcburiyyətində qşalan 45 yaşlı Tessa Qillinq problemdən çıxış yolu arayırdı.

O, sonuxcda it almaq fikrinə düşdü.
"Kraliça qorqisi" cinsli itlərdən uşaqların tərbiyəsində istifadə edildiyini eşidən ana Sallini aldı.

"Salli ailəmizə gələndən sonra oğlumun davranışda ciddi fərqlər yarandı. Salli küçədə oynamaq istəyirdi və buna görə də oğlum onu çölə çıxartmalı olurdu. Günlərin birində isə Salliyə Nikin məktəbli formasını geyindirdim. Oğlum köpəyi bu formada görəndə qəhqəhə çəkdi. Həmin gün o, formasını geyindi və məktəbə yollandı", - Tessa deyib.