news Image
2012.05.10
11:58
| A A A
Cırtdan mamontlar

Mövqe.az xəbər verir ki, Elm adamları indiyə qədər  bilinən ən kiçik mamontların milyonlarla il bundan əvvəl Qrit adasında yaşadıqlarını aşkar edib. Mövqe.az " Royal Society Journal proceeedings" jurnalında yayımlanan araşdırmaya istinadən bildirir ki, adada yaşamış en böyük mamontlar indiki bala fillər böyüklükdə olub. 

Tədqiqatları həyata keçirən Londondakı Təbiət Tarixi Muzeyinin paleontoloqları olan  Viktoria Herric və Adrian Lister adada yaşayan nəhəng məməliər arasında  cırtdanlığın geniş yayıldığını deyib.

Qrit adasında 1904-cü ildə Dorothea Bate tərəfindən tapılmış qıç və diş sümüyünü araşdıran Herric və Lister 3.5 milyon il əvvəl buradav yaşayan mamontların hələ müəyyənləşməyən bir səbəbə görə həddindən artıq cırtdanlaşdığını təyin edib.


Əfqanə Məzahirqızı

Mövqe.az