news Image
2012.05.10
13:29
| A A A
İt uşağı məktəbə getməyə razı salıb

Mövqe.az xəbər verir ki, İngiltərənin Yorkşire əyalətində yaşayan Tessa Gilling 14 yaşlı oğlu Nikin insanlarla daha yaxşı münasibət qura bilməsi üçün Korqis cinsli it alıb. Salli deyə adlandırılan it Niklə elə yaxın münasibət qurub ki, onu məktəbə getməyə razı sala billib. 

Məktəbdə uşaqların onu ələ saldığını görən Nik evə qayıdandan sonra anasına bir də əsla məktəbə getməyəcəyini deyib . 45 yaşlı ana oğluna Salli adlı Korqis cinsli it alır. Sallinin tez-tez küçəyə çıxmasının  lazım olduğunu deyən ana oğlunu onu gəzdirməyə sövq edib. Tessa: "Əlillər Dərnəyindən aldığım məlumata görə Nickin vəziyyətindəki  uşaqlar heyvanlar vasitəsilə ünsiyyət qura bilirlər. Bir gün  Salliyə Nikin məktəb formasını geydirdim. Onu öz paltarıyla görən oğlum gülməyə başladı. Növbətti gün məktəbli formasını geyinib məktəbə getdi".


Əfqanə Məzahirqızı

Mövqe.az