Əlaqə Arxiv
news Image
2020.01.19
20:53
| A A A
Evlilik haqqında yanlış düşüncələrdən qurtulmaq lazımdır

Evlilik bir insan üçün həyatının ən şirin anlarından biridir. Bir çox insanlar yetkin yaşa çatan kimi evlənər və ailə qurarlar. Bu ailəsi onu kamala çatmaq yolunda irəli aparar və tərəqqi etdirər.

Ancaq cavanlar evlənməzdən əvvəl evlilik haqqında doğru fikirdə olmalıdırlar. Ona görə də evlilik barəsində olan yanlış düşüncələrdən qurtulmaq lazımdır.

1. Ailənin dağılmasına səbəb olan amillərdən biri - evlilik haqqında olan yanlış fikirdir. Xoşbəxtlik öz-özünə meydana gəlməz, onu qurmaq lazımdır.

2. Evlilik heç bir dərdin dərmanı deyildir. Evlilik heç bir ruhi xəstəliklərin müalicəsinə səbəb olmaz.

3. Evlilik vasitədir, hədəf deyildir. Doğru olmayan evliliklərin çoxu məhz bu amilə görə dağılır. İnsanlar evliliyi hədəf qərar verən zaman əxlaqi və əqli tərəfləri görməməzliyə vururlar. Əsil hədəfləri evlənmək olur, kamillik olmur.

4. Evlənən insanlar bilməlidirlər ki, hərəsinin öz nəzəri vardır və əgər xoşbəxt olmaq istəyirlərsə, gərək güzəşt etməyi bacarsınlar.

5. Xoşbəxt ailələrdə də bəzən münaqişələr baş verə bilər. Əsas odur ki, bu münaqişələrdən daha güclənmiş halda çıxılsın.

6. Evlənən insanlar gərək özləri ailə qanun və qaydalarını təyin etsinlər. Çünki müştərək həyatın heç bir qanunu və qaydası avtomatik olmur, məgər o halda ki, özün onları təyin edərsən.

7. Cütlər hər nə qədər əxlaqi cəhətdən bir-birinə bənzəyərsə, o zaman daha çox bir-birini anlayar və başa düşərlər.

8. Bir evlilik o zaman xoşbəxt olar ki, hər iki tərəf özünün həm yaxşı tərəflərini və həm də pis tərəflərini görməlidirlər.

9. Cütlər bir-birini o zaman tamamlayar ki, bir-birinin tərəqqi amili olar. Bir-birinə təkamül yolunda yardım edər.

10. Əgər evliliyin xoşbəxt olmasını istəyirsinizsə, gərək əvvəldən hisslərinizi, nəzərlərinizi doğru bəyan edə biləsiniz.

11. Əgər kimsə tərəflərdən birinin dəyişməsini istəyirsə o, mütləq özü olmalıdır.

12. Valideynlərlə məsləhət etmək - sağlam ağlın nişanəsidir, çünki valideynlər böyük həyat təcrübəsinə malikdirlər. Əlbəttə ki, cavanlar özləri də təcrübə yığa-yığa yaşamalıdırlar.

Sizin Reklam Yeriniz