Əlaqə Arxiv
news Image
2020.01.22
19:49
| A A A
43 yaşlı çoxuşaqlı ana "Kainat gözəli" seçildi

"Missis Kainat gözəli - 2020" gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi - 43 yaşlı çoxuşaqlı ana və uğurlu həkim Kseniya Verbitskaya olub.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqə yanvarın 21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Tac uğrunda dünyanın 36 ölkəsindən 40 yaşdan yuxarı ailəli qadınlar mübarizə aparıb.

Sankt-Peterburq şəhərindən olan Verbitskayanın dörd övladı var (16 yaşlı oğlan və 12, 8 və 3 yaşlarında qızlar). O, ginekoloq-endokrinloq işləyir, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyatla maraqlanır.

Qeyd edək ki, ötən il Verbitskaya "Missis Sankt-Peterburq Klassik" tituluna sahib olmuşdu. 

Sizin Reklam Yeriniz