Əlaqə Arxiv
news Image
2020.02.20
19:36
| A A A
Rusiyanın ən zəngin qadını məlum oldu - FOTO

"Forbes" jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini "Wildberries"in sahibi Tatyana Bakalçuku "Rusiyanın ən zəngin qadını" elan edib.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1,4 milyard dollar sərvətlə bir il öncə siyahıda lider olan Yelena Baturinanı üstələyib. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı olan Baturinanın sərvəti 1, 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşr yazır ki, 2004-cü ildə həyat yoldaşı ilə biznes həyatına başlayan 44 yaşlı Bakalçuk son bir il ərzində 400 milyon dollar gəlir əldə edib.

Sizin Reklam Yeriniz