Əlaqə Arxiv
news Image
2020.02.21
18:01
| A A A
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.

Mövqe.az-ın məlumatına görə, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.

Bundan başqa, hərrac zamanı “Taxt-tac oyunları” kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.

Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.

Sizin Reklam Yeriniz