Əlaqə Arxiv
news Image
2020.02.26
15:41
| A A A
Ötən il 2722 azərbaycanlı qadın türkə ərə gedib

2019-cu ildə 2843 azərbaycanlı Türkiyə vətəndaşı ilə ailə qurub. 
Mövqe.az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi gəlinlər arasında azərbaycanlılar 2-ci yerdədir. Belə ki, 2019-cu ildə 2722 azərbaycanlı qadın Türkiyə vətəndaşına ərə gedib.
Birinci sırada suriyalı qadınlar yer alıb. Ötən il 3380 suriyalı qadın Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. 
Bundan başqa, 2019-cu ildə Türkiyə vətəndaşları ilə nikaha girən azərbaycanlı kişilərin sayı 121 nəfər olub. Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi kişilər arasında azərbaycanlılar 5-ci pillədə qərarlaşıb. Türkiyəli qızlarla ailə quran əcnəbi kişilərin statistikasında almanlar lider statusundadır. Son bir ildə 1418 alman kişi türk qızla evlənib. 
 

Sizin Reklam Yeriniz