Əlaqə Arxiv
news Image
2013.07.01
17:49
| A A A
Berlin divarını yıxan konsert

Movqe.Az xəbər verir ki, ABŞ-lı yazıçı Kirschbaum nümayiş etdiyi "Rocking The Wall" adlı kitabda Berlin Divarının yıxılma prosesinin Bruce Springsteenin 1988-ci ildə Şərqi Berlində verdiyi konsertlə başladığı iddia edilir. Berlin Divarının 1989-cu ildə yıxılması yalnız Almaniya üçün deyil, bütün dünyanın tarixi üçün böyük bir əhəmiyyətə malikdir. Soyuq müharibənin bitdiyinin ən böyük göstəricisi olaraq qəbul edilən 46 kilometr uzunluğundakı divarın yıxılması, Avropanın qərbiylə şərqinin qaynaşma müddətini başlatmışdır. Kommunist Şərqi Almaniyada yaşayanların şəhərin qərbinə qaçmasına maneə törətmək üçün tikilən divarın 9 noyabr günü yıxılmasına kimin səbəb olduğuyla bağlı bir çox fikirlər var. Lakin  heç kəs Amerikada orta sinifi təmsil edən rok ulduzu "Patron" (Boss) ləqəbli Bruce Springsteenin divarın yıxılmasında ən təsirli ad olaraq göstərməyib. Pop və rok musiqi konsertləri, dövrün Şərq Almaniyasından gənclərin ən çox həsrətini çəkdiyi şey idi. Şərqi Almaniyadakı Kommunist Partiyanın gənclik qolu Freie Deutsche Jugend (FDJ), gənclərin yanıb alovlanan musiqi ehtirasını görməməzlikdən gələ bilməzdi. FDJ, 1987 və 1988-ci illərində Bob Dylan, Depeche Mode, Bryan Adams və Joe Cockerin Şərq Berlində konsert verməsinə icazə verib. Beləcə gənclərin üzərində təzyiq azda olsa tənzimlənəcəkdi. Lakin, o dövr jurnalistika təhsili alan Bruce Springsteen pərəstişkarı Erik Kirschbauma görə, fikir əks təsir yaradaraq gənclərin içindəki azadlıq alovunu hərəkətə gətirdi. Şərqi Berlində tarixin  ən böyük konsertini 19 İyul 1988-ci ildə verən Bruce Springsteen olub.


Sizin Reklam Yeriniz