news Image
2013.07.02
16:46
| A A A
Sahibini qorumaq istəyən it polis güllələrinə hədəf oldu

ABŞ-ın Kaliforniya əyalətində ürəkləri kövrəldən bir hadisə yaşanıb. Movqe.Az-ın məlumatına görə, nəzarətə alınan sahibini qorumaq istəyən bir it, polis tərəfindən dəfələrlə atəş edilərək öldürülüb. Yaşananlar saniyə-saniyə kameralarda əks olunub. Hadisə, bazar günü Housorn şəhərində meydana gəlib. Polis tərəfindən bağlanılan küçədəki evinə girə bilməyən Leon Rosbi, uzun müddət "Rottweiler" cins itiylə barrikada ətrafında gəzib. İddiaya görə Leon Rosbi və polislər arasında irqçilik mövzusunda atışmalar yaşanıb. Rosbinin rəftarlarını şübhəli tapan iki məmur, şəxsi nəzarətə almaq üçün ona yaxınlaşmağa başlayıblar. Leon Rosbi, itini avtomobilinə qoyub polislərə təslim olub. Bu zaman avtomobildəki it, sahibini polislərdən qorumaq üçün açıq şüşədən çölə atlayıb. Polis məmurları itdən xilas olmağa çalışdısa da müvəffəqiyyətli ola bilməyib. İtin bir polisi dişləməyə çalışması əsnasında silahını götürən məmur, sahibinin qışqırıqları arasında itə güllə yağdırıb. Qanlar içində qalan it ölüb. Leon Rosbinin vəkili Maykl Qalden, Hausorn Polis Departamentində iddia qaldıracaqlarını bildiriblər. İtini itirən talehsiz gənc, qısa müddət sonra sərbəst buraxılıb.