news Image
2013.07.03
12:52
| A A A
Diyetoloqlar gündə 2 dəfə yeməyə icazə verdilər

Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, diyetoloqlar tez-tez, amma az-az qidalanma haqqında olan köhnə nəzəriyyəni şübhə altına alıblar. Aparılan təcrübə göstərib ki, gündə 2 dəfə qidalanma tez bir zamanda çəki atmağa kömək edir. 


İki həftəlik tədqiqatda 54 artıq çəkili könüllülər iştirak edib. Onların yarısı gündə 2 dəfə( səhər yeməyi və nahar) çox miqdarda, qalanları isə,  gün ərzində 6 dəfə, az miqdarda qidalanıblar. 


Təcrübənin nəticələri göstərib ki, birinci qrupda olan insanlar ikinci qrupda olanlardan daha çox arıqlayıblar.


Mütəxəssislər qidanın qəbuletmə müddətinin vacibliyini qeyd ediblər. Belə ki, səhər yeməyi üçün ən yaxşı vaxt saat 6-10, nahar üçün isə, saat 12-dən 16-ya qədər sayılır. Əsas şərt səhər yeməyini ötürməməkdir. Axşam yeməyindən isə, ümumiyyətlə, imtina etmək yaxşıdır. Məlumdr ki, axşamlar maddələr mübadiləsi ləng işləyir və yağın yandırılmasına effektiv təsir göstərə bilmir. 


Əvvələr diyetoloqlar öz çəkisini nəzarət altında saxlamaq istəyənlərə məsləhət görürdülər ki, qidanı yaxşı-yaxşı çeynəsinlər. Belə olan halda orqanizm kalorini daha yaxşı həzm edir. Tədqiqatlar göstərib ki, qidanı çox çeynəyən insanlar az yeyirlər. Bu isə, o deməkdir ki, artıq çəki də qazanmırlar.