news Image
2013.07.03
14:53
| A A A
Facebook qısqanc və kədərli edir

"Facebook"un məyusluq, narazılıq və qısqanclıq duyğularına səbəb olduğu ortaya çıxıb. Movqe.Az-ın məlumayına görə, Almaniyada Darmstadt Texniki Universiteti və Berlin Humbold Universiteti mütəxəssislərinin ortaq şəkildə etdiyi araşdırmaya qatılan təxminən 600 "Facebook" istifadəçisinin üçdə biri "Facebook"da keçirdikləri vaxt ərzində və sonrasında özlərini tək, yorğun, kədərli və ya narazı hiss etdiklərini bildiriblər. Mütəxəssislər yaşanan bu vəziyyətdə ən əhəmiyyətli faktorun istifadəçilərin yoldaşlarının səhifələrində gördükləri müsbət xəbərlər olduğu qiymətləndirməsini edirlər. İnsanların yaxınlarını qısqandığını söyləyən layihə idarəçisi Hanna Krasnova, istifadəçilərin "Facebook" vasitəsilə digərləri ilə əlaqədar daha çox məlumat sahibi olduğunu və özlərinə bənzəyən insanlarla özlərini müqayisə etdiklərini yazıb. Darmstadt Texniki Universitetindən Tomas Uidcaca isə istifadəçilərin "Facebook"da davamlı yoldaşlarının müsbət mesajlarını gördükcə özlərini dəyərsiz hiss etdiklərini ifadə edir. Ən çox qısqanclıq yaradan isə tətil fotoşəkilləridir. Qısqanclıq hissi duyan bəzi istifadəçilərin özləriylə əlaqədar müsbət xəbərlər yazma meylinə düşdüklərini bildirən Uidcaca, bu mesajların da ümumiyyətlə şişirdilmiş ya da mənfi detalları ehtiva etmədiyini ifadə edir. Məsələn imtahandan yüksək qiymət almaq "Facebook" vasitəsilə hər kəsə bildirilir, aşağı qiymət alındığı zaman isə bunun söhbəti belə edilmir. Virtual rəngarəng həyatlar yaradan bu vəziyyət də digər istifadəçilərin qısqanclıq duyğularını dərinləşdirir. Mütəxəssislər bunu bir "qısqanclıq dövrü" olaraq qiymətləndirirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs