news Image
2013.07.03
15:43
| A A A
Google-ın yeni loqosu

Movqe.Az xəbər verir ki, Franz Kafkanın 130-cu doğum ili Google tərəfindən unudulmayıb. Franz Kafkaya internet nəhəngi Google tərəfindən xüsusi ad günü loqosu hazılanıb.

Franz Kafka loqosu:

Franz Kafka müasir dünya ədəbiyyatının tanınmış və özünəməxsus yazıçılarından biridir. O, 1883-cü ilin iyulunda Praqada kiçik moda əşyalar satan bir dükan işlədən Hermann və Julie Kafkanın 6 uşağının birincisidir. İki qardaşı hələ körpəykən ölmüşdür. 3 bacısı isə ondan uzun yaşamışdır. Hüquq oxumuş, boş zamanlarında yazmağa başlamışdır. Yazıları, ilk olaraq Betrachtung, 1912-ci ildən etibarən yayımlanmağa başlamışdır. Kafkanın romantik təcrübələri və ailəsiylə olan əlaqələri əsərlərində, xüsusilə gündəlik və məktublarında əksini tapmışdır.