news Image
2020.03.11
23:30
| A A A
"Qırmızı"nı sevən qadın qəbrini də al rəngə BOYAYACAQ - FOTO

Bosniya Herseqovinianın "qırmızı qadın"ı olaraq tanınan 67 yaşlı təqaüdçü müəllimi Zorika Rebernik həyatını al rəngə həsr edib.

Mövqe.az xəbər verir ki, Rebernik Bosniya Herseqovinianın Breze kəndində yaşayır. Onun bütün həyatı qırmızı rəngin əhatəsində keçib. Hətta Rebernik qırmızıya olan sevgisini öldükdən sonra da davam etdirmək istəyir. Buna görə məzar daşını da hələ sağ ikən qırmızı rəngdə seçib. Belə ki, evli və iki uşaq anası olan Rebernik uşaq ikən ağ və çəhrayı rəngə üstünlük verirmiş. Yaşı irəlilədikcə ürəyinin səsi onu qırmızı rəngi sevməyə səslədiyini deyir. Mətbəxində, evinin qonaq otağında və bağçada qırmızı rəngdən başqa rəng istifadə etmir. Rebernik toy günündə belə qırmızı rəngdə gəlinlik geyinib. O 1975-ci ildə evləndiyini və həmin illərdə qırmızı rəngin xoş qarşılanmadığını bildirib. Beləliklə, də getdiyi hər ölkədən, xüsusilə də İstanbuldan qırmızı rəngdə əşya və geyimlər almağa başlayıb. Həyat yoldaşı Zvonko isə Rebernikin qırmızıya olan sevgisini anlayışla qarşılayır. O məktəbdə dərs dediyi vaxtlarda belə qırmızı rəngdə geyinib və şagirdlərinə də bu rəngin gözəlliyini aşılayıb. Odur ki, ona verilən hədiyyələr belə bu rəngdə olurdu. Yas mərasimlərində də qırmızı libas geyinən qadın özü və yoldaşı üçün bu rəngdə məzar daşını Hindistandan sifariş edib. (ölkə.az)