Əlaqə Arxiv
news Image
2013.07.03
19:04
| A A A
Çimərlik geyimi ilə gəzənə pul cəzası kəsiləcək

Cənubi İtaliyada "Vietri Sul Mare" istirahət məkanında, çimərlik xaricində çimərlik geyimi geyənlərə 500 avro pul cəzası veriləcəyi açıqlanıb. Movqe.Az-ın məlumatına görə, İtalyanın cənubundakı Amalfi sahilində yerləşən bu bölgəyə tətil etməyə gələnlərin, çimərlik xaricindəki hər hansı bir yerdə çimərlik geyimi və ya açıq paltarlarla gəzməyi qadağan edilib. Bölgənin bələdiyyə başçısı Françesko Beninkasa yeni müdiriyyəti, "bölgəmizin keyfiyyətli imicini qorumaq üçün bu qanunu qoymağımız lazımdır, əks halda ortaya çox çirkin və ədəbsiz görünüşlər çıxır" sözləriylə müdafiə edib. "Daily Mail"in xəbərinə görə, eyni tətbiqi ilk olaraq 2010-ci ildə "Castellammare di Stabio" məkanı həyata keçirib.

Sizin Reklam Yeriniz