Əlaqə Arxiv
news Image
2020.03.30
16:34
| A A A
Yer kürəsinə Atlas kometi yaxınlaşır

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. Parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

Mövqe.az xəbər verir ki, AMEA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.

Sizin Reklam Yeriniz