news Image
2013.07.09
15:55
| A A A
15 milyon yaşı olan balıqlar



Bir qrup ABŞ aliminin iddiasına görə, 15 milyon ildən artıqdır Antarktida buzlaqlarının 4 kilometr altında olan göldə balıqlar da daxil olmaqla minlərlə qədim orqanizmlər ola bilər.

 

Mövqe.az "Amerikanın səsi"nə istinadən bildirir ki, dünyanın dördüncü ən dərin gölü olan Vostok gölü 250 kilomter uzunluğunda və 50 kilometr enindədir.


Ohayo ştatındakı Boulinq Yaşıl Dövlət Universitetinin tədqiqatçıları 2012-ci ildə rusiyalı alimlərin götürdüyü nümunələri laboratoriyada yoxlanışdan keçiriblər.


Onlayn PLOS One məcmuəsində dərc edilən hesabata görə, araşdırmaçılar 3500 DNK ardıcıllığı müəyyən edib ki, bunların da, demək olar, hamısı müxtəlif bakteriya növlərinə bağlıdır.


Hesabatda deyilir ki, DNK ardıcıllıqlarının təxminən 5 faizi eukaryotes adlanan daha mürəkkəb orqanizmlərlə əlaqəlidir və onların da ikisi arxey adlanan bir hüceyrəli orqanizmlərə bağlıdır.


Müəyyən edilmiş bəzi bakteriyaların balıq bağırsaqlarındakı bakteriyalarla oxşar olması göldə balıq növlərinin olması ehtimalı yaradıb.