Əlaqə Arxiv
news Image
2020.04.11
21:59
| A A A
Koronavirusa qarşı peyvənd payızadək tapıla bilər

COVID-19 virusuna qarşı peyvənd bu ilin sentyabr ayınadək hazırlanaraq ictimai istifadəyə verilə bilər.

“Report” “The Times”ə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin professoru Sarah Gilbert bildirib.

Başçılıq etdiyi tədqiqat qrupu ilə birgə yaratdıqları dərman maddəsini qarşıdakı iki həftə ərzində insan üzərində sınamağa başlayacaqlarını dilə gətirən professor uğur qazanacaqlarına 80 faiz arxayın olduqlarını qeyd edib.

Hərçənd alimin qənaətincə, lokdaun tədbirlərinin tətbiq olunmadığı bölgələrdən olan və təbii yolla mümkün qədər tez yoluxan könüllülər cəlb edilsə, klinik sınaqlar sürətlənə bilər.

“O yerlərdən birində virusun yüksək sürətlə ötürülməsi başlasa, biz səmərəli nəticələri çox tez əldə edərik. Bu, vaxta qənaətin bir strategiyasıdır”, - deyə ekspert fikrini bildirib.

Yeni dərmanın payızda yayılması ehtimalına toxunan S.Gilbert dərmanın istifadə üçün təsdiqlənməsindən əvvəl istehsalına başlamağın vacibliyini dilə gətirib: “Biz bu işin cari ildən sonrakı dövrə qalmasını istəmirik və yüksək təsir gücünə malik dərman olduğunu anlayırıq. İndiyədək istifadəmizdə heç bir peyvənd olmayıb”.

Qeyd edək ki, son məlumata görə, Böyük Britaniyada koronavirusa 73 758 nəfər yoluxub, ölənlər isə 8 958 nəfərdir.

Sizin Reklam Yeriniz