news Image
2013.07.11
14:58
| A A A
Orqanları alınanda dirildi

Movqe.Az xəbər verir ki, ABŞ-da həkimlərin öldüyünü açıqladığı üç uşaq anası olan qadın orqanları alınarkən gözlərini açıb. ABŞ mətbuatına yeni əks olunan şok xəbər, Syracusedakı St. Cozef Sağlamlıq Mərkəzində baş verib. Həddindən artıq doza dərmandan bu xəstəxanaya qaldırılan üç uşaq anası 41 yaşındakı Kollen Burns adlı qadının infarkt keçirdiyi düşünülüb. Həkimlər, onun beyin ölümünün reallaşdığını söyləyərək ailəsinə pis xəbəri verib. Böyük kədər yaşayan ailə həkimlərə onun həyat dəstək modulundan çıxarılması üçün icazəsi verərək orqanlarını da bağışlayıb. Orqanların alınacağı gün edilən əməliyyatda Kollen, nəfəs almağa başlayıb. Lakin yaşadığına dair əlamətlər olmasına baxmayaraq bir tibb bacısı Kollenə dərman vurub. Həkimlərin əməliyyata başlayacağı sırada Kollen, bu dəfə gözlərini açmağı bacarıb. Bu ana qədər Collenin yaşadığından xəbərsiz olan həkimlər böyük şok yaşayıb. Həddindən artıq dərmandan ötəri komada olduğuna aydınlıq gətirilən, ölümdən təsadüfən xilas ola bilən Kollen, iki həftə müalicə edildikdən sonra xəstəxanadan buraxılıb.