Əlaqə Arxiv
news Image
2020.04.28
14:20
| A A A
“Eurovision” təmsilçisi koronavirusa yoluxdu, toyunu da təxirə saldı
2011-ci ildə Almaniyada keçirilən "Eurovision" mahnı müsabiqəsində birincilik uğrunda mübarizə aparan İsveç təmsilçisi Eric Saade koronavirus (COVID- 19) pandemiyasına yoluxub. Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. Sənətçi əvvəlcə xəstəliyi yüngül keçdiyini, daha sonra vəziyyətinin ağırlaşdığını qeyd edib. Eric may ayına olan bütün konsert və layihələrini də təxirə salıb. O, həmçinin gələn ay nəzərdə tutulan Nicole Falciani ilə toyunu da ləğv edib. Qeyd edək ki, Eric həmin il müsabiqədə "Popular" mahnısı ilə üçüncü, Azərbaycan isə birinci olmuşdu. Eyni zamanda ona 2013-cü ildə İsveçdə keçirilən yarışmanın aparıcılığını etmək həvalə olunmuşdu.
Sizin Reklam Yeriniz