Əlaqə Arxiv
news Image
2020.04.29
19:29
| A A A
Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev koronavirusun ağır formasının ən vacıb simptomunu açıqlayıb.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, həkim qeyd edib ki, COVID-19-un ağır keçməsinin əsas simptomu qızdırma, öskürmə yox, təngnəfəslikdir.

"Tənəffüs çatışmazlığı xəstəliyin daha ağır formada keçməsinin əlamətidir", - o bildirib. Avdeyev belə olan halda həkimlərə müraciət etməyi və xəstəxanaya yerləşdirilməyə hazır olmağı tövsiyə edib.

O, xəstələrə fəsadlardan qaçmaq üçün öz səhhətlərini izləməyi məsləhət görüb. Avdeyev eyni zamanda əlavə edib ki, koronavirus infeksiyası daha tez yüngül formada keçir. "COVID-19-a yoluxan hər kəs üçün xəstəxanaya yerləşmə tələb olunmur: xəstələrin əksəriyyəti evdə həkimlərin nəzarəti altında müalicə oluna bilər", - Avdeyev qeyd edib.

Bundan əvvəl ABŞ həkimlərinin koronavirusun yeni simptomlarını aşkarladığı barədə bildirilib. Bunlar titrətmə, əzələ, baş, boğaz ağrıları, habelə dad və qoxu hissinin itkisidir.

Sizin Reklam Yeriniz