“Survivor”un iştirakçısı koronavirusa yoluxdu
Türkiyənin "Tv8" telekanalında yayımlanan "Survivor 2020"nin iştirakçılarından olmuş Makbule Karabudak koronavirusa yoluxub.
Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
O, sosial şəbəkə hesabında durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Makbule Karabudak yarışmanı ilk həftələrdə tərk etmişdi.